Guerrilla Marketing

Ən az büdcə ilə daha çox geri dönüşə inanırsınız?
Ənənəvi Marketing tanıtım üçün yüksək büdcə istəyərkən, Guerilla Marketing həyəcan, enerji və xəyal gücü istəyir.

Jay Conrad Levinson- Guerrilla Marketing international quruluşunun başçısı eyni zamanda Guerrilla Marketing-in atasıdır. “Guerrilla Marketing” kitabını yazan Jay’in 30-a yaxın kitabı var.
O, Guerrilla marketing-i “Büdcəsi kiçik xəyalları böyük təşəbbüskarlar üçün olan yaradıcı marketing aləti” olaraq adlandırmışdır.

Günümüzdə böyük kampaniyalarında kanala qaynadığını görə bilərik.

Bir çox dəfə istifadə etdiyimiz satış, tanıtım, kampaniya və marketing yöntəmlərini innovativ yanaşma ilə dəyərləndirmə zamanıdır.

Guerrilla marketing – Boşqabdan balaca qaşıq ilə daha çox pay ala bilmə çalışmasıdır.

Advertisements

PR və Marketing arasında 5 vacib fərq

Bir çox insanlar PR və Marketingin eyni məna kəsb etdiyini düşünürlər. Buna səbəb arasındakı fərqin gözəçarpan dərəcədə oxşar olmaması ilə bağlıdır. Artıq Digitallaşsaq da hər ikisini istifadəsiz hesap etməməli, istər Məhsul, istərsə də Xidmət sektorlarında bir birlərini tamamladığını qəbul edə bilərik.

PR– İnsanlar ilə şirkətlər arasındakı informasiya daşınmasını idarə edən, beləliklə 2 tərəf arasında pozitiv bir münasibətin qorunmasına çalışan elmdir. PR eyni zamanda gələcək üçün bir yatırım kimi düşünmək olar. Güclü PR kampanyaları kütlələrin zehnində sağlam və daha qalıcı olur.


Marketing– Məhsul satışlarını artırmağa, digər rəqiblərə qarşı daha çox sevilməyi (loyallıq), ağıllarda qalıcı olmağa çalışan və oxşar fəliyyətlətləri əks etdirən elmdir.

Hə artıq açılışlarınıda bildikdən sonra keçək arasındakı 5 Fərqə

1. Marketingin əsas səyi məhsulun fərqindəliyini artırmaq, promosyon mesajlar çatdırmaqsa, PR`ın işi şirkət və brendə qarşı pozitiv hiss yaratmaqdır. Özəlliklə burada PR ilə Marketingin bir birlərini tamamladığını görə bilərik.

2. Marketing məhsul tanıtımına yönələrkən, PR şirkətin tanıtımına önəm verir.

3. Marketer məhsulu, PR mütəxəssisi brendi satar

4. Marketingin toplamağa çalışdığı gəlir, PR isə etibardır.

5. Marketing, PR` a görə daha köhnə bir yöntəmdir və iqtisad elmindən qopmuşdur. Amma PR Toplum elmlərinə daha yaxındır.


İnstagramda təbii izləyici qazanmanın 10 sadə yolu

  • 1. Profil şəkli  –  İstifadəçilər, bir İnstagram səhifəsini izləmədən öncə, ilk olaraq profil şəklinə nəzər yetirirlər. Maraqlı və səhifənin nə olduğuna dair, şəkil sizin üçün faydalı olacaqdır. Qeyd edim ki;

Şəxsi profildirsə, öz şəkliniz, Biznes hesabıdırsa Logo olmalıdır. Hər iki hesab üçün şəkillərin tez-tez dəyişilməməsinə diqqət edək. Bu insanların şüuraltında qalmağı üçün ən mühüm şərtlərdəndir.

  • 2. Paylaşılan şəkillərin effekti – Təkcə profil şəkli izləyici qazanması üçün kifayət deyil. Eyni zamanda paylaşılan postlarda diqqət çəkici və keyfiyyətli olmalıdır. Deyək ki, paylaşılan kontent maraqlıdır,
    bunu paylaşarkən istifadə edəcəyiniz Effektlərdə önəmlidir . Bu da insanlarda sizə qarşı professionallıq hissi yaradacaq.
  • 3. Paylaşımların hansı aralıqla paylaşılması – 1 gün paylaşım edib, 1 həftə etmirsinizsə izləyici qazana bilməyəcəksiniz! Deyək ki, gündə 3 paylaşım edəcəksiniz, hamısını eyni saatda etməyiniz düzgün deyil. Bəlli bir zamanda paylaşımları bölüşdürün. Eyni templə hərəkət etdiyiniz zaman izləyici qazanacaqsınız.
  • 4. Doğru HASHTAG istifadəsi – Təbii izləyici qazanma nöqtəsində
    Kilid maddələrdən biri də Hashtag – dir. Paylaşılan bütün postlarda hashtag istifadə etməyə diqqət edin. Bu etiketlər, ümumi axtarışlar zamanı sizin paylaşımınızı sərgiləyəcək.

Unutmayın hashtag istifadəsi zamanı 5 ədəd üzərinə çıxmayın. Sadəcə sizə uyğun 5əlavə edin. Əks halda İnstagram daha artığını qəbul etmir.

  • 5. Paylaşım saatlarının uyğunluğu – Paylaşım saatları önəmlidir. Paylaşımlarınız az like alırsa demək ki, doğru zamanı seşməmisiniz. Uyğun saatı tapın və postları bu saatlara görə bölün.
  • 6. Yarışma və hədiyyələr – İzləyicinin könlünü fəth edən bir tətbiqdir. Həm izləyicilərinizin səhifədə qalıcılığını artırır, həm də yeni izləyicilərin qazanmasına ortam yaradır. Ara- ara edilməsi məsləhətdir. Şəxsi praktikamda bunun effektini görmüşəm.
  • 7. Hər zaman izləyicilərlə əlaqədə olun  – İzləyicilər dəyər gördükləri yerdə durur. Mesajları və commentləri cavabsız qoymayın!
  • 8. Başqa səhifələrlə əlaqədə olun – Mövzunuza yaxın səhifələr tapın. Və onların etdiyi paylaşımların altına diqqət çəkən, keyfiyyətli və professional rəylər yazın. Bu zaman səhifəniz rəy sayəsində izləyicilərin diqqətini cəlb edəcək.
  • 9. İnfluencerlərlə iş birliyi  – Məqsədiniz və yolunuz eyni olan influencerlər tapın. Ancaq daha çox reklam kimi yox təbii, ehtiyacla bağlı olması üçün maraqlı content yaradın.
  • 10 və SON . İnstagram reklamlarından istifadə edin.